Satış mütəxəssisi (Showroom)

Satış mütəxəssisi (Showroom)

Баку, улица Хана Шушинского, 54

Описание вакансии

Vəzifə üzrə əsas öhdəliklər:

  • Məhsulların tanıtma işlərini təşkil etmək.
  • Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək.
  • Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək.
    Məhsulları peşəkar və bilikli şəkildə müştərilərə təqdim etmək və izah etmək.
  • Müsbət və peşəkar davranışla müştərilərə xidmət etmək.
    Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək.
    Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq.
  • Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək.
  • Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.

Vəzifə üzrə əsas tələblər:

  • Biznes, marketinq, iqtisadiyyat və ya əlaqəli sahədə Ali təhsil.
  • Sərgi salonunda (Showroom) satış sahəsində təcrübə.
  • Satış prosesini və dinamikasını başa düşmək.
  • Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları.
  • Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə qurmaq bacarığı.
  • Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından sərbəst istifadə bacarığı.
  • Azərbaycan və Rus dilində sərbəst danışıq və yazı qabiliyyəti.

İş şəraiti:

  • İş qrafiki: Həftənin 6 günü, 10:00-dan 19:00-dək.
  • İstirahət günü: Həftədə 1 gün.
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsinə əsasən müəyyən ediləcək.

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi göstərilən ünvanına göndərə bilərsiniz.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Навыки
  • Работа в команде
  • Проведение опросов клиентов
  • Microsoft Access
  • Microsoft Office
  • Excel
Посмотреть контакты работодателя

Адрес

Похожие вакансии

Полный день
  • Баку

  • до 1100 AZN

Рекомендуем

Хотите оставить вакансию?

Заполните форму и найдите сотрудника всего за несколько минут.
Оставить вакансию